Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YAP Zərdab rayon təşkilatı tərəfindən Zərdab rayonu üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib.
Qanunla.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilmiş görüşdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə daha da inkişaf etdiyini, öz səmərəli fəaliyyəti ilə Azərbaycanın uğurlarına xüsusi töhfələr verdiyini, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. O, qeyd edib ki, Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılıb. Yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə qarşıda mühüm vəzifələr dayanır. Yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində qurmalıdırlar.
Sonda bələdiyyə üzvülüyünə irəli sürülmüş namizədlərə namizədliyin qeydə alınması ilə əlaqədar vəsiqələr təqdim olunub, qarşılıqlı müzakirələr aparılıb.