Zərdabda dəm qazından zəhərlənmə qeydə alınıb.
Qanunla.Az-ın məlumatına görə, hadisə Zərdab rayonunun Bıçaqçı kəndində baş verib.
Axşam saatlarında 2007-ci il təvəllüdlü Baxçalıyeva Aysel Razi qızı dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb.
Həkim Tərgül Mansurova zərərçəkənə ilk tibbi yardım göstərdikdən sonra,xəstə palataya köçürülüb.
Xəstəxanadan Qanunla.Az-a bildiriblər ki, Aysel Baxçalıyevanın həyatı təhlükəsi yoxdur vəziyyəti qənaətbəxşdir.
Vüqar Rəhimov