Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Bıçaqçı kənd tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda müəllimlər, valideynlər və məktəblilərlə görüş keçirilib.
Qanunla.az xəbər verir ki, çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, onun törətdiyi fəsadlardan, uşaqların və gənclərin hazırda hədəf olaraq seçilmələrindən, psixotrop maddələrin dolayı yollarla azyaşlılara verilməsindən, bu cür neqativ hallardan qorunmanın vacibliyindən və təhsilin önəmindən bəhs ediblər.
Tədbirdə qeyd olunan mövzulara dair müzakirələr aparıldı, video çarx nümayiş etdirilib.