image-qanunla-reklam
image-zeyneb-heseni-1

Zeynəb Şəbnəmdən danışdı: “Evli adamdan uşaq dünyaya gətirmərəm” – VİDEO

image-lady-day-az

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.İfaçı aparıcının “Səncə, Şəbnəm Qəhrəmanova dünyaya uşaq gətirməklə düz etdi?” sualını cavablandırıb:

“Bilmirəm nə düşüb, necə qərar verib. Şəbnəmi tanıyıramsa, o maddiyyəti düşünüb belə addım atmaz. O, sevgiyə önəm verən xanımdır. Onun etdiyini mən etməzdim. Ancaq sevdiyim insan boşanmış da ola bilər. Amma evli birindən uşaq dünyaya gətirmərəm. Hələ ki, ağlımı itirməmişəm. O biri xanımın yerinə özümü qoyaram. Mən sevdiyim insanı bölüşə bilmirəmsə, o xanım necə bölüşsün? Niyə kiminsə ailəsini dağıdım? Əgər evli birini sevirsənsə, get kənardan sev. İstəyirsənsə, heç olmazsa, münasibətini gizli yaşa”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki