Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti turun matçı keçirilib.
Qanunla.az xəbər verir ki, XV turun ilk görüşündə “Keşlə” “Zirə”ni qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qolunu 45-ci dəqiqədə Məhəmməd Hamdaui vurub.
Qələbə sayəsində xalını 25-ə çatdıran “Zirə” üçüncü pilləyə yüksəlib. “Keşlə” isə 14 xalla hələlik 6-cı sıradadır.
Qeyd edək ki, günün digər matçında son çempion “Neftçi” “Qarabağ”ı qəbul edəcək.