image-qanunla-reklam
image-zumrud1

Zümrüd Bədəlova qəzaya düşdü

image-lady-day-az

Aparıcı Zümrüd Bədəlova ötən gün avtomobil qəzası keçirib.

Qanunla.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Z. Bədəlova bildirib ki, özünü pis hiss etdiyi üçün avtomobilini yolun kənarında saxlayıb:

“Özümü yaxşı hiss etmədim və maşını sağda saxladım. Qırmızı avtomobilin sürücüsü bilmirəm yatmışdı, ya nə edirdisə, o boyda maşını görmədi. Şeytan özü gəlir tapır adamı. Burnum, alnım, üzüm getdikcə şişir, çatlayıb. Amma insanlar mənə güvənib, toyunu həvalə edib. Hiss etdirmədən səhnəyə çıxdım. Budur həyatım.

Ay bəxtəvərlik verənlər, çörək pulu dalınca qaçırıq, bu da sonu. Bəlkə də beynim silkələnib, amma həkimə yox, toy aparmağa gəlmişəm. Arzu edirsiniz bu yaşamı? Gəlin verim sizə. Heç vaxt taleyimdən şikayət etmədim, amma qadın doğulduğum üçün həmişə şikayətçiyəm. Səbəbləri çoxdur. Allah balama görə mənə güc verir. Ölmədim, sağ çıxdım, buna da şükür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki