Münhen Təhlükəsizlik Konfransından qayıdan Gürcüstanın sabiq prezidenti Salome Zurabişviliyə Tiflis hava limanında yumurta atılıb.
Qanunla.az xəbər verir ki, bu barədə “Pirveli TV” məlumat yayıb.
Kanalın məlumatına görə, sabiq prezidentə yumurta atanlar Gürcü Arzusu Partiyasının tərəfdarları olub.
Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri, müxalifətdə olan Gürcüstan Naminə Partiyasının lideri Georgi Qaxariya Tiflis hava limanında “yumurta hücumu”na məruz qalmışdı.