ABŞ-da olan Gürcüstanın sabiq prezidenti Salome Zuraabişvili şəxsi əlaqələrindən istifadə edərək Donald Trampa Gürcüstanı Rusiyadan qorumaq çağırışı edib.
Qanunla.az xəbər verir ki, “The Hill” nəşrinin yazdığına görə, Zuraabişvili Trampa Gürcüstanın strateji əhəmiyyət kəsb edən bir bölgə olduğunu və Vaşinqtonun bu regionu unutmamalı olduğunu çatdırıb.
“Onlar (Trampın komandası) bu regionu Rusiyaya təslim edə bilməzlər. Biz bunu anlamalıyıq. Mən gözləyirəm ki, Amerika bu regiona daha çox diqqət ayıracaq, çünki əks halda bu bölgə Rusiyanın və Çinin təsirinə düşəcək,” – deyə Zuraabişvili bildirib.